Şöhrət Məmmədov Duyğuların Şiddəti

Şöhrət Məmmədov - Duyğuların Şiddəti Mahnı Sözləri

Buralar sənsiz əvvəlki tək olmur.
Yerin boş qalıb, başqası ilə dolmur.

Niyə göndərim ətrimi küləklə duya bilmirsən.
Qurduğum xəyallarım düşdü suya bilmirsən.
Çoxdan Bağladım onunla mənimki məhşərə qalsın.
Nə qədər günahların var indi yuya bilmirsən.

Elə düşünürəm ki, bəlkə nəfsim tamahımsan.
Tanrıdır bağışlayan əfv edən günahımsan.
Mən əvvəl-əvvəl bilmirdim belə eşq olmaz.
Məni ağrı vermədən məhv edən silahımsan.

Men də həyat kimiyəm yaşayıb doya bilmirsən.
Nə davam edə bilir, nə də nöqtəni qoya bilmirsən.
Axırda tekebbürün öldürər səni belə olmaz.
Yerində çoxlarının gözü var guya bilmirsən?

Mənim arzularıma kinayə uydura bilməzsən.
Daha bəsdir bu qədər bu qəlbi qıra bilməzsən.
Mən susmalıyam ki, məni hər sevən anlasın.
Qışqırsam da bağırtımdan dura bilməzsən.

Buralar sənsiz əvvəlki tək olmur.
Yerin boş qalıb, başqasıyla dolmur.

Nədir səni mənə gətirən duyğuların şiddətimi?
Nədir səni mənə gətirən vücudunun şəhvətimi?
Biz niyə bu qədər darıxırıq imtahandırmı?
Yoxsa Rəbbin sevimli bəndələrə nifrətimi?

Sənə gəlmək ümün yola çıxıram gələ bilmirəm.
Bir dəfə düşdünsə gözümdən sevə bilmirəm.
Düşünüb qərar verə bilmirəm daha necə gedim?
Divarlarında xatirən dolu evə bilmirəm.

Mənmi həsrət ya sənmi nifrət içindəsən?
Sanki hər yer xarabalıq zülmət içindəsən.
Bu nə haldır? Bu nə görünüşdür? Nə biçimdəsən?
Yaralı yaralı daşıdığım bu ürək içində sən.

Şəninə sağlıq deyim ruhun ortağdırmı?
Bir dəfə maraqlanmadın yarım sagdırmı.
Xəcalətindən yanımda gözləri kölgəlisən.
Məni boş ver Allahın yanında üzün ağdırmı?

Buralar sənsiz əvvəlki tək olmur.
Yerin boş qalıb, başqasıyla dolmur.
Şöhrət Məmmədov Bugün 1 kişi baktı 3 görüntülenme 0 yorum

Son Güncelleme:

Şarkı sözünde hata olduğunu düşünüyorsanız yorumlar kısmında belirtebilirsiniz.

Paylaş

Yorum Yapın

Adınız Soyadınız (zorunlu değil)
Yorumunuz (zorunlu)

Yorumlar

  • Anonymous

    Bu şarkıya daha önce hiç yorum yapılmadı. İlk yorumu siz yapın.

Diğer Şöhrət Məmmədov Şarkıları
Yeni Şarkı Sözleri